Parlament birinci oxunuşda “Gürcü arzusu”nun təşəbbüsü ilə senzura tətbiq edən və LGBT insanların hüquqlarını məhdudlaşdıran homofob qanunvericilik paketini 78 səslə qəbul edib.
Regionpress.ge bu barədə parlamentə istinadən məlumat verir.
Qeyd edək ki, sözügedən qanunvericilik paketi “Gürcü arzusu”nun təşəbbüsü ilə həyata keçirilən konstitusiya dəyişikliklərinin davamıdır və bununla hakim partiya “LGBT təbliğatı”na qarşı mübarizə apardığını iddia edir.


