Mayın 14-də günorta saatlarında Qəhrəmanlar Meydanında “Agent qanunu”na qarşı keçirilən aksiyada, mayın 15-də səhər tezdən parlament binası yaxınlığında polis daha 17 nəfəri inzibati xəta, xırda xuliqanlıq və qanuna tabe olmadıqları üçün saxlayıb. Saxlanılanlardan 10-u artıq imza əsasında sərbəst buraxılıb.
Ümumilikdə, “Agent haqqında” qanunun parlamentdə müzakirəsindən üçüncü oxunuşuna qədər polis qanuna qarşı aksiyalar zamanı 180-dən çox adamı həbs edib.


