10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeÖlkəPrezident parlamentdə çıxışında deyib: "Gürcüstan belə ədalətsiz münasibətə layiq deyil"

Prezident parlamentdə çıxışında deyib: “Gürcüstan belə ədalətsiz münasibətə layiq deyil”

“Avropa ideyası uğrunda əsrlər boyu davam edən mübarizədən sonra, Gürcüstan belə ədalətsiz münasibətə layiq deyil – Gürcüstana qarşı ikili standartlar Avropa dəyərlərinə və avropalı tərəfdaşların reputasiyasına xələl gətirir”.

Bu sözləri prezident Mixail Kavelaşvili parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan son vaxtlar bir sıra avropalı tərəfdaşların ədalətsiz hücumlarının hədəfinə çevrilib:

“Bu, gürcü xalqının ədalət, qarşılıqlı hörmət, qanunun aliliyi, milli kimliyi və suverenliyi qoruyub saxlamaq ümidi ilə irəliləmək qərarına gəldiyi məkan baxımından xüsusilə məyusedicidir. Gürcüstana münasibətdə praktiki olaraq gündəlik hadisəyə çevrilən ikili standart, təəssüf ki, Avropa dəyərlərinə və avropalı tərəfdaşların reputasiyasına xələl gətirir. Biz ölkəmizin sülh şəraitində gücləndirmək və inkişaf etdirmək məqsədi daşıyan milli maraqlarımıza uyğun fəaliyyət göstərməyə davam etməliyik”, – deyə Mixeil Kavelaşvili qeyd edib.

Prezident həmçinin, ABŞ ilə münasibətlərə də toxunub. O, ABŞ-Gürcüstan münasibətlərinin Donald Tramp dövründə yenidən qurulacağına əmin olduğunu vurğulayıb.

www.24news.ge

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments