17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeRegion təşkilatlar və elanlar“Qabal İnkişaf Mərkəzi”ndə COP29-a dair tədbir keçirilib

“Qabal İnkişaf Mərkəzi”ndə COP29-a dair tədbir keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində Gürcüstanda məlumatlandırıcı aksiya keçirilib.

Regionpress.ge xəbər verir ki, “Qabal İnkişaf Mərkəzi”nin tələbə və gənclərinin iştirakı ilə keçirilən tədbirdə mərkəzin rəhbəri Yavər Məmmədov COP29-un Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbir olduğunu bildirib. O, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini xatırladıb və Azərbaycanın istixana qazlarının emissiyasını azaldılması istiqamətində məqsədlərini vurğulayıb.

COP29, Paris Sazişinin məqsədlərinə nail olmaq üçün iqlim dəyişiklikləri ilə bağlı dünya liderlərini və mütəxəssisləri bir araya gətirən beynəlxalq platforma kimi təqdim edilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments