17.5 C
Bolnisi
21.8 C
Rustavi
21.4 C
Marneuli
22.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeElm və TəhsilQafqaz Hüquq və İnteqrasiya Mərkəzində “1+4 proqramı” üzrə növbəti genişmiqyaslı sınaq imtahanı...

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində “1+4 proqramı” üzrə növbəti genişmiqyaslı sınaq imtahanı keçirilib

22 aprel tarixində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı və riyaziyyat müəllimi Leyla Əliyevanın təşəbbüsü ilə “1+4 proqramı” üzrə genişmiqyaslı sınaq imtahanı keçirilmişdir

Regionpress.ge xəbər verir ki, artıq ənənəvi hal alan və sayca 5-ci dəfə təşkil edilən bu sınaq imtahanında Bolnisi və Dmanisi rayonlarından ümumilikdə 60 nəfər şagird və abituriyent iştirak etmişdir

Sözügedən proqramın standartlarına tam uyğun şəkildə hazırlanan imtahan riyaziyyat və məntiq bloklarını əhatə etməklə ümumilikdə 80 sualdan ibarət olmuşdur. Abituriyentlərə sualları cavablandırmaq üçün 3 saat (180 dəqiqə) vaxt ayrılmış, hər bir düzgün cavab isə 1 ballıq sistemlə qiymətləndirilmişdir.

Qeyd edək ki, imtahanda istifadə olunan bütün suallar peşəkar riyaziyyat müəllimi Leyla Əliyeva tərəfindən xüsusi olaraq tərtib edilmişdir imtahanın keçirilməsində əsas məqsəd abituriyentlərin bilik səviyyəsini ölçməklə yanaşı, onlarda auditoriya vərdişlərini formalaşdırmaq, imtahan həyəcanını və tələskənlik kimi mənfi amilləri minimuma endirməkdir

Mərkəzdən xəbər portalımıza bildirilib ki, bu tip sınaqlar gənclərin psixoloji hazırlığının artırılmasında və real imtahan mühitinə adaptasiya olunmasında mühüm rol oynayır sonda imtahanın yüksək səviyyədə təşkilində göstərdikləri dəstəyə görə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin əməkdaşlarına, müdavimlərinə və könüllülərinə xüsusi təşəkkür bildirilib

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments