13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeRegion təşkilatlar və elanlarRustavi Təhsil və Mədəniyyət Mərkəzində 8 noyabr Zəfər Gününə həsr olunmuş bayram...

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 8 noyabr Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib

Şəhər ictimaiyyətinin və Mərkəzdə təhsil alan şagirdlərin iştirakı ilə keçirilən tədbir Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi,şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

Regionpress.ge xəbər verir ki, mərkəzin direktoru Raida Dərziyeva,şairə Güllü Tomarlı,şair-publisist Rafiq Hümmət,ERA teatrının rəhbəri Anar Rafiqoğlu,Qaratəhlə ictimai məktəbinin direktoru Bəhram İsayev,müəllimə Mədinə Həsənova,ictimai fəal Vəfa Bayramova çıxış edərək Azərbaycanın  öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı  Vətən müharibəsində qazandığı şanlı qələbə barədə fikir və təəssüratlarını ifadə etmişlər.Duyduqları qürur və iftixar hisslərini dilə gətirən çıxış edənlər Gürcüstanın da işğal olunmuş ərazilərində öz suverenliyini bərpa edəcəyinə əminliyini bildirdilər.

Mərkəzdə  təhsil alan şagirdlər mahnı,şeir və rəqslərdən ibarət konsert proqramı təqdim etdilər,Zəfər Gününə həsr olunmuş rəsmlərini sərgilədilər.Şairə Güllü Tomarlı Mərkəzin nəzdində yaradılmış kitabxanaya öz kitablarını bağışladı.Mərkəzin direktoru Raida Dərziyeva  əlamətdar gündən xatirə olaraq iştirak edənlərə “Xarı bülbül” döş nişanları hədiyyə etdi.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments