11.1 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeMədəniyyətRustavi Təhsil və Mədəniyyət Mərkəzində Şuşa şəhərinə həsr olunmuş tədbir təşkil olunub

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Şuşa şəhərinə həsr olunmuş tədbir təşkil olunub

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Şuşa şəhərinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Raida Dərziyeva Şuşa şəhərinin tarixi,mədəni və strateji əhəmiyyəti haqqında məlumat vermişdir.O qeyd etmişdir ki, Şuşa sevgisi hər bir azərbaycanlının milli-mənəvi varlığının ayrılmaz parçasıdır.Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək Azərbaycan tarixinə Zəfər Günü kimi həkk olundu.
Şair-publisist Rafiq Hümbət öz çıxışında Şuşanın Azərbaycan musiqisi və mədəniyyətinin beşiyi olduğunu,bütövlükdə Cənubi Qafqazın mədəni inkişafına da töhfə verdiyini vurğuladı.O şəhərdə aparılan bərpa və quruculuq işləri haqqında məlumat verərək bu qədim şəhərin yenidən canlandığını və xalqımıza qürur bəxş etdiyini bildirdi.
Rustavi 18 saylı məktəbin müəllimi Savalan Osmanlı şəhərin mədəniyyətimizə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında öz fikirlərini paylaşaraq,şəhərin mədəniyyətimizin və qəhrəmanlıq tariximizin təcəssümü olduğunu bildirdi.
Mövzu ətrafında geniş müzakirələr aparan iştirakçılar bu qəbildən olan məlumatlandırıcı görüşlərin keçirilməsini təqdir etdilər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments