Ermənistanda əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Regionpress.ge bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, çayın daşması nəticəsində iki ölkəni birləşdirən yol zədələnib, Ermənistan tərəfdəki Baqrataşen keçid məntəqəsinin də işi dayandırılıb.
Hazırda yük maşınları “Ninotsminda” və “Ququti” keçid məntəqələrinə yönləndirilir.
Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb. Marneulidə 25 may axşam saatlarından başlayan güclü yağış bir sıra kəndlərlə yanaşı Sadaxlı kəndində ciddi fəsadlar törədib.


