Marneuli bələdiyyəsinin Sadaxlı kəndində daxili yolların asfaltlaşdırılması işləri aparılır.
Regionpress.ge bildirir ki, bu barədə Marneuli meriyası məlumat yayıb. Bildirilir ki, layihə çərçivəsində 1226 metr uzunluğunda ikiqat asfalt-beton örtüyü döşənib.
Layihə, Regional İnkişaf Fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilib və ümumi dəyəri 423 063 lari təşkil edib.
Məlumat üçün bidlirək ki, 2024-cü ildə Marneuli Munisipalitetinin 18 kəndində daxili yol infrastrukturu səhmana salınacaq. Layihələrin ümumi dəyəri 9 319 859 lari təşkil edir.





