Gürcüstan prezidenti sabaha planlaşdırılan Avropa yürüşünə qatılacaq.
Regionpress.ge xəbər verir ki, Salome Zurabişvili bu barədə Orbeliani sarayında keçirilən brifinqdə açıqlama verib və sabah çoxlu insanların genişmiqyaslı nümayişə qatılacağına əmin olduğunu qeyd edib:
“Əminəm ki, sabah çox olacaqsınız, sabah sizinlə olacağam. Bu, çox böyük bir gündür, çünki sabitliyimiz də bundan asılıdır. Xalqın sülh yolu ilə çıxıb ölkəni azadlığa, müstəqilliyə, Avropa gələcəyinə qaytarmaq üçün öz iradəsini ortaya qoyması vacibdir. Əminəm ki, belə olacaq, biz təkpartiyalılığa, qütbləşməyə, bir-birimizə nifrətə son qoyacağıq”.


