Gürcü musiqiçisi, skripkaçı, Gürcüstan SSR xalq artisti Liana İsakadze 78 yaşında vəfat edib.
Regionpress.ge bildirir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları və dostları məlumat yayıb.
Liana İsakadze 1970-ci ildə Pyotr Çaykovski adına Moskva Konservatoriyasını bitirib. 1970-1992-ci illərdə Moskva Filarmoniyasının solisti olub; 1981-1995-ci illərdə Gürcüstan Dövlət Kamera Orkestrinin bədii rəhbəri.
Liana İsakadze vunderkindlərə aid idi – o, 3 yaşında musiqiçi oldu. Liana İsakadze əsrin ən yaxşı skripkaçılarının əsərlərinin müzakirə olunduğu dünyanın bütün nəşrlərində yer alır.
O, Tbilisi və Batuminin fəxri vətəndaşı olub. “Şərəf Nişanı” ordeni ilə təltif edilmişdir.


