Svanetidə iki vətəndaşın axtarış-xilasetmə əməliyyatına helikopter cəlb edilib. Svanetidə iki vətəndaşın axtarış-xilasetmə əməliyyatı davam edir.
Regionpress.ge məlumat verir ki, sərhəd polisinin helikopteri səhər saatlarından axtarışlara cəlb olunub.
Fövqəladə halların idarə olunması xidmətinin məlumatına görə, axtarış-xilasetmə işlərinə Tbilisi, İmereti və Mestia dağ-xilasetmə qüvvələri və pilotsuz xilasedicilər cəlb olunub.
Qurumdan bildirilib ki, iyulun 24-də iki vətəndaşın itkin düşməsi ilə bağlı 112-yə məlumat daxil olub. (aktual.ge)


