İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinə yeni müavin təyin edilib.
Regionpress.ge Səhiyyə Nazirliyinin məlumatına istinadən bildirik ki, Giorgi Tsaqareişvili parlamentin deputatı Mixeil Sarjveladzenin müavini təyin edilib.
Giorgi Tsaqareişvili 2022-ci ildən bu günə kimi Gürcüstanın 10-cu çağırış parlamentinin deputatı və “Gürcü arzusu” fraksiyasının sədrinin birinci müavini olub.
2004-2016-cı illərdə Gürcüstan parlamentinin 6-cı, 7-ci və 8-ci çağırışlarının deputatı olub.
Müxtəlif illərdə Giorgi Tsaqareişvili Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin, Aqrar Məsələlər Komitəsinin, eləcə də Hüquq Məsələləri və Avropa ilə İnteqrasiya Komitəsinin üzvü olub. 2017-2018-ci illərdə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müşaviri vəzifəsində çalışıb.


