26 Oktyabr Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 27 oktyabr saat 17:00-ə olan vəziyyətə görə 3 min 111 seçki məntəqəsindən 3 min 109-u (99.936%) sayılıb. Qalan iki məntəqə ilə bağlı MSK-nın açıqlamasına görə, Marneulidəki bir məntəqənin [Sadaxlı 69 saylı seçki məntəqəsi] nəticələri ləğv edilib, Duşetidən isə bir məntəqədən protokol alınmayıb.
Regionpress.ge xəbər verir ki, bununla bağlı MSK məlumat yayıb.
MSK-nın nəticələrinə görə, siyasi subyektlərin aldığı səslərin sayı və faiz göstəriciləri aşağıdakı kimidir:
- “Gürcüstanın Birlik və İnkişaf Partiyası” – 3 min 938 səs (0.19 %)
- “Dəyişikliklər Koalisiyası” – 228 min 821 səs (11.03 %)
- “Birlik – Milli Hərəkat” – 210 min 787 səs (10.161%)
- “Avropalı Demokratlar” – 7 min 964 səs (0.384%)
- “Gürcüstanın Vətənpərvərlər Alyansı” – 50 min 555 səs (2.437 %)
- “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün!” – 182 min 839 səs (8.814 %)
- “Gürcüstanın Leyboristlər Partiyası” – 15 min 162 səs (0.731 %)
- “Bizim Birləşmiş Gürcüstan” – 1 853 səs (0.089%)
- “Gürcüstanı Dəyiş” – 12 min 518 səs (0.603 %)
- “Gürcüstan” – 2 min 776 səs (0.134 %)
- “Azad Gürcüstan” – 4 min 143 səs (0.2 %)
- “Tribuna” – 2 min 487 səs (0.12 %)
- “Biz” – 2 min 606 səs (0.126 %)
- “Gaxaria Gürcüstan Üçün” – 161 min 215 səs (7.771 %)
- “Sol İttifaq” – 1 305 səs (0.063 %)
- “Gürcüstanın Birləşməsi” – 4 min 503 səs (0.217%)
- “Girchi İaqo Xciçia” – 62 min 261 səs (3.001 %)
- “Gürcü Arzusu” – 1 milyon 118 min 796 səs (53.93 %)


