11.1 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəTbilisi Hava Limanının Öz Taksi Xidməti Olacaq

Tbilisi Hava Limanının Öz Taksi Xidməti Olacaq

2023-cü ilin yanvar ayının sonunda Fransa şirkəti ADP Group səhmləri alaraq TAV Airports-un sahibi olub.

Regionpress.ge- nin verdiyi məlumata əsasən Gürcüstandakı şirkətlər Tbilisi hava limanından taksi ilə sərnişin daşınmasında iştirak etməyə dəvət olunub. Bu barədə Tbilisi və Batumi hava limanlarını idarə edən TAV Georgia şirkətinin saytında məlumat verilib.

Şirkət taksi xidmətləri üzrə marağın ifadə olunmasına dair elan verib və sərnişinləri eksklüziv hüquqlar əsasında daşımaqda maraqlı olan bütün şəxsləri dəvət edir.

Tbilisi beynəlxalq hava limanından sərnişin daşınmasında eksklüziv hüquq əldə etməkdə maraqlı olan şirkətlər tələblərlə keçid vasitəsilə tanış ola bilərlər. Müraciət üçün son tarix 25 noyabr 2024-cü il, saat 17:00-dır.

TAV Georgia-nın məlumatına görə, 2024-cü ilin sonuna qədər Tbilisi beynəlxalq hava limanının sərnişin axınının 4,8 milyona çatacağı gözlənilir.

2023-cü ildə Tbilisi beynəlxalq hava limanı sərnişin axını göstəricisinə görə 2019-cu ilin səviyyəsinə 100% çatıb (0,05% artımla). Hava limanı 3 694 052 sərnişinə xidmət göstərib.

2023-cü ilin yanvar ayının sonunda Fransa şirkəti ADP Group səhmləri alaraq Tbilisi və Batumi hava limanlarını idarə edən TAV Georgia şirkəti vasitəsilə TAV Airports-un sahibi olub.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments