Metronun “Vaja-Pşavela” stansiyasında relslərə yıxılan vətəndaş təcili yardım xidməti tərəfindən çıxarılıb.
“Tbilisi Nəqliyyat Şirkəti”ndən verilən məlumata görə, sərnişin təcili tibbi yardım xidməti tərəfindən klinikaya aparılıb.
“Hələlik onun səhhətindən xəbər yoxdur”, – deyə “Tbilisi Nəqliyyat Şirkəti” açıqlayıb.
Məlumat üçün bildirək ki, hadisə bu gün səhər saatlarında baş verib. Saburtalo xəttində nəqliyyatın hərəkəti dayandırılıb.


