13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeRegion təşkilatlar və elanlarTbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin Rəsm Qalereyasında Azərbaycan xalçalarının sərgisi...

Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin Rəsm Qalereyasında Azərbaycan xalçalarının sərgisi açılıb

Tədbirdə Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirliklərinin nümayəndələri, AZEBİ idarə heyətinin üzvləri, Türkiyədən gəlmiş qonaqlar, Krtsanisi bələdiyyəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Muzeyin direktor müavini Leyla Əliyeva qeyd edib ki, Gürcüstan Mədəniyyət Nazirliyinin elan etdiyi “Azad layihələr” müsabiqəsində muzey “Azərbaycan mədəniyyətinin təbliği” layihəsi ilə iştirak edib. Bu sərgidə Qarabağ və Borçalı xalçaçılıq məktəblərinə aid qədim xalçalar təqdim olunur. O, sərginin təşkilində dəstək göstərən Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.

Sərginin açılışında Azərbaycan səfirliyinin əməkdaşı Ramiz Hacızadə xalçaçılıq sənətinin tarixindən bəhs edərək, Qarabağ və Şuşa xalçaçılıq nümunələrinin mədəniyyətin təbliğindəki əhəmiyyətini vurğulayıb. O, həmçinin Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini və ICESCO tərəfindən 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı seçildiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində muzeydə keçirilən xalçaçılıq kurslarının tələbələri tərəfindən toxunmuş xalçanın kəsim mərasimi baş tutub. R.Hacızadə, L.Əliyeva, AZEBİ idarə heyətinin sədri Nəriman Qurbanov və digər şəxslər xalça kəsimində iştirak ediblər. Daha sonra Gürcüstanın “Melitasi” rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış edib.

Sərgidə nümayiş olunan ən diqqətəlayiq əsərlərdən biri isə 130 yaşlı Şuşa xalçası olub. Bu qədim sənət əsəri ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi üç gün davam edəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments