2024-cü ilin ilk beş ayı ərzində paytaxtda 215 nəzarətçi işlə təmin olunub.
Bunu Tiflis meriyası “Business Press News”un sualına cavab olaraq verdiyi məlumatda deyilir.
Meriya izah edir ki, həmin dövrdə nəzarətçilərin əmək haqqı üçün 2 127 332 lari ödənilib. Müvafiq olaraq, bir nəzarətçinin görülən işə görə aylıq əmək haqqının orta hesabla 1979 laridir.
Onu da qeyd edək ki, beş ayda 215 nəzarətçi ümumilikdə 42 761 elektron cərimə qəbzi yazıb. Meriyanın məlumatına görə, yanvar-may aylarında verilən cərimələrin ümumi məbləği 855 220 lari təşkil edib.


