17.5 C
Bolnisi
21.8 C
Rustavi
21.4 C
Marneuli
22.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaTürkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən səkkiz yaşlı Narinin meyiti tapılıb

Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən səkkiz yaşlı Narinin meyiti tapılıb

Regionpress.ge “Haber Global” istinadan xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.

“Təəssüflər olsun ki, Diyarbəkirin Bağlar mahalının Tavşantepe kəndində itən qızımız Narinin cansız bədəni Axtarış xilasetmə qruplarımız tərəfindən tapılıb. Narin qızımıza Allahdan rəhmət, ailəsinə başsağlığı veririk” ,- nazir qeyd edib.

Xatırladaq ki, Narin Gürənin rezonans yaradan işində istintaq çərçivəsində əvvəl onun qardaşı, daha sonra əmisi saxlanılıb.

Qolundakı diş izlərinə görə şübhəli bilinən qardaş artıq sərbəst buraxılıb.

Azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran isə hələ də şübhəlilər sırasındadır. O, həbs tələbi ilə məhkəməyə göndərilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments