10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeÖlkəTürkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 52 şübhəli saxlanılıb

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 52 şübhəli saxlanılıb

Türkiyənin Şanlıurfa vilayəti Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Bu barədə məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Şanlıurfa və Konyada müəyyən edilmiş ünvanlarda eyni zamanda əməliyyat keçirilib. Şübhəlilər sağlamlıq yoxlamasından keçəndən sonra polis idarəsinə aparılıb.

Məlumata görə, Şanlıurfa vilayəti Jandarm Komandanlığı Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının İstanbul, Şanlıurfa, Mersin, Konya, Sakariya və Boluda İŞİD terror qruplaşmasına qarşı keçirdikləri digər əməliyyat nəticəsində 8 şübhəli saxlanılıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments