Hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi bloger Uça Abaşidzenin həyat yoldaşı Mariam İaşvilini həbs ediblər.
Vəkil Şota Tutberidze Azadlıq Radiosuna məlumatı təsdiqləyib, onun sözlərinə görə, Mariam İaşvili bu yaxınlarda iş yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilərək Mərkəzi Polis İdarəsinə aparılıb.
Hazırda Mariam İaşviliyə qarşı hansı istintaqın aparıldığı vəkillərə məlum deyil.
Mariam İaşvilinin əri Uça Abaşidze mayın 9-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasından məlum olur ki, Uça Abaşidzenin həbsi ilə bağlı Cinayət Məcəlləsinə uyğun olaraq istintaqa başlanılıb.


