10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeManşet“Xarici agentlər” qanununun daha sərt versiyası qəbul ediləcək – RƏSMİ

“Xarici agentlər” qanununun daha sərt versiyası qəbul ediləcək – RƏSMİ

“Gürcü Arzusu” partiyası ABŞ-nin “FARA” (Xarici Agentlırin Qeydiyyatı Aktı) qanununun hazırkı versiyasının surəti olacaq yeni qanun layihəsi təşəbbüsü irəli sürəcək.

Bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

“ABŞ-nin yeni hökuməti etiraf edib ki, Amerika maliyyəsi müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda iğtişaşlara və inqilaba dəstək üçün istifadə olunub. Keçən il Parlament “Fara”nın hələ tam tətbiq olunmamış yüngül versiyasını qəbul etdi. Ancaq bilirsiniz ki, onun qüvvəyə minməsinə baxmayaraq, xaricdən maliyyə alan varlı və iri QHT-lər reyestrdə qeydə alınmayıb. Buna görə də biz bunun əvəzində yeni Amerikanın FARA qanununun hazırkı variantının birbaşa surətini qəbul edəcəyik və onun tam icrasını təmin edəcəyik”, – Mdinaradze qeyd edib.

Onun sözlərinə görə, paralel olaraq hökumət ictimai təşkilatların təşəbbüslərini maliyyələşdirmək üçün fond yaradacaq və bunun üçün “Qrantlar haqqında” qanuna düzəliş ediləcək.

Realnews.ge

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments