8.5 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkə1 768 816 nəfər səs verib

1 768 816 nəfər səs verib

MSK-nın məlumatına görə, saat 17:00-a olan məlumata görə, seçici fəallığı 50,6% təşkil edib. 1 768 816 nəfər səs verib.

Regionpress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.

Bölgələr üzrə faiz bölgüsü aşağıdakı kimidir: Sameqrelo-Zemo Svaneti – 47,84%; Tbilisi – 52,42%; Kaxeti – 51,33%; Mtsxeta-Mtianeti – 51,93%; Kvemo Kartli – 42,29%; Şida Kartli – 50,67%; Samtsxe-Cavaxeti – 52,38%; Raça Leçxumi – 61,81%; İmereti -51,26%; Quriya – 53,74%; Acarıstan – 53,05%.

Bundan başqa, MSK-nın məlumatına görə, 2012-ci ildə parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı 53,03%, 2016-cı ildə 42,04%, 2020-ci ildə isə 45,77% təşkil edib.

Məlumat üçün bildirək ki, Gürcüstanda parlament seçkiləri keçirilir, oktyabrın 26-da keçiriləcək seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Gürcüstanda bütün ölkə üzrə 3044 məntəqə, o cümlədən müstəsna hallarda yaradılmış 13 məntəqə açılıb, onlardan 12-si penitensiar müəssisələrdə, biri isə psixi sağlamlıq mərkəzində yerləşir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments