8.7 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeÖlkə14 yaşlı Aytacın qatili ömürlük həbsə məhkum edilib

14 yaşlı Aytacın qatili ömürlük həbsə məhkum edilib

Telavi Rayon Məhkəməsi erkən nikah qurbanı olan 14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verib.

Hakim Mamuka Tsiklauri onu “cinsinə görə ailə üzvünə qarşı qəsdən adam öldürmə”də təqsirli bilib.

Aytac Şahmarovanın işi üzrə daha 4 nəfərə qarşı ittiham irəli sürülüb. Onların arasında Aytacın anası və əmisi də var ki, onlar zorla ərə vermək və cinayəti bildirməməkdə ittiham olunurlar. Həmçinin, məhkum Asim Sadıqovun dayısı və xalası oğlu da cinayət barədə məlumat verməməkdə ittiham olunurlar.

Aytac Şahmarova 2023-cü il oktyabrın 14-də öldürülüb. Prokurorluğun versiyasına görə, o, həmin vaxta qədər “ərə getməyə” məcbur olub. Qız bir neçə dəfə evdən qaçmağa cəhd edib. Son cəhddə isə 28 yaşlı gənc tərəfindən öldürülüb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments