8.5 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkə38 seçki məntəqəsində fiziki qarşıdurma, təhdid, zorakılıq halları qeydə alınıb

38 seçki məntəqəsində fiziki qarşıdurma, təhdid, zorakılıq halları qeydə alınıb

38 məntəqədə fiziki qarşıdurma, hədə-qorxu və zorakılıq halları qeydə alınıb – 139 məntəqədə icazəsiz şəxslər olub.

Regionpress.ge xəbər verir ki, bu barədə “Avropa İttifaqına Səsiniz” təşkilatının təsisçisi Londa Toloraya brifinqdə bildirib.

Onun sözlərinə görə, seçki prosesi müşahidəçilərə və KİV nümayəndələrinə fiziki zorakılıq və təzyiqlər, müşahidənin həyata keçirilməsinə müdaxilə, o cümlədən səsvermənin məxfiliyinin pozulması, səsvermənin nəticələrinə işarə vurmaq öhdəliyinin yerinə yetirilməməsi,seçicilərin yoxlanılması prosesinin əsaslı şəkildə pozulması fonunda keçirilir.

Tolorayanın sözlərinə görə, seçki pozuntularının artması tendensiyası Sameqrelo və Tbilisidə də özünü büruzə verib.

“Saat 16:00-a qədər bizə 1227 məntəqədən məlumat daxil olub. “Mənim səsim” müşahidəçilərinin verdiyi məlumata görə, saat 11:00-dan 15:00-dək olan müddətdə 70 seçki məntəqəsində işarələnmə proseduru pozulub, səsvermə işarələnmədən keçirilib. 47 seçki məntəqəsində səsvermənin gizliliyi pozulub, 139 seçki məntəqəsində icazəsiz şəxslər olub, 38 seçki məntəqəsində fiziki qarşıdurma, hədə-qorxu, zorakılıq halları da qeydə alınıb. Səsvermənin elektron texnologiyalardan istifadə olunduğu həmin məntəqələrdə 133 məntəqədə elektron texnologiyalarla bağlı müxtəlif növ səhvlər, 92 məntəqədə isə elektron prosedurlar seçicilər üçün aydın və başa düşülən olmayıb, buna görə də səsvermə prosesi gecikdirilib. Həmçinin, yoxlama aparatı vasitəsilə 11 seçki məntəqəsində seçicilərin yoxlanılması pozuntuları aşkar edilib, 61 məntəqədə müşahidəçilərimizin müşahidə aparmasının qarşısı alınıb”, – deyə Toloraya bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments