14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeDünyaTürkiyədə terrorçularla əməkdaşlıqda şübhəli bilinən 239 nəfər saxlanılıb

Türkiyədə terrorçularla əməkdaşlıqda şübhəli bilinən 239 nəfər saxlanılıb

Türkiyənin 22 əyalətində keçirilən “Bozdoğan-39” adlı antiterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də bildirib.

Məlumata görə, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Terrora qarşı Mücadilə Şöbəsi və Kəşfiyyat İdarəsinin, habelə digər aidiyyəti qurumların Adana, Adıyaman, Ankara, Antalya, Bitlis, Denizli, Diyarbakır, Elazığ, Hakkari, Hatay, İstanbul, İzmir, Kütahya, Manisa, Mardin, Mersin, Osmaniye, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ və Vanda keçirdikləri antoterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

Onlar “Separatçı Terror Təşkilatı” (BTÖ) üzvlərinin qanunsuz olaraq Türkiyəyə keçməsinə vasitəçilik etməkdə, terror təşkilatının gənclər strukturunda fəaliyyət göstərməkdə və başqa bu kimi cinayətlərdə ittiham olunurlar.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments