Mayın 21-dən Qərbi Gürcüstanın düzənliyində havanın temperaturunun +26, +31, Şərqi Gürcüstanın barında isə +22, +27 dərəcəyədək yüksələcəyi gözlənilir .
Regionpress.ge bildirir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Tbilisidə qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Dənizkənarı rayonlarda (Batumi, Kobuleti, Anakliya, Poti): havanın yağmursuz keçəcəyi, havanın temperaturu gün ərzində +25, +27 dərəcə isti təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): mayın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): mayın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mayın 22-23-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): mayın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mayın 22-23-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, dolu da müşahidə oluna bilər. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, dolu da ola bilər. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo, Dedoplistskaro): bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.


