Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Regionpress.ge məlumat verir ki, Xasay Həsənli (77 kq) qızıl medal uğrunda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib və rəqibini üstələyib.
Qeyd edək ki, digər güləşçi Ziya Babaşov (63 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


