10.1 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeİdmanFutbol meydançasında məşqçini ildırım vurub öldürüb

Futbol meydançasında məşqçini ildırım vurub öldürüb

Fransanın şimalında yerli komandanın məşq zamanı futbol meydançasına ildırım düşüb, bir nəfər ölüb, ən azı iki nəfər yaralanıb.

Regionpress.ge məlumat verir ki, bu barədə “La Voix du Nord” qəzeti yazıb.

Hadisə Kurye kommunasında (Pa-de-Kale departamenti) axşam saatlarında baş verib. Hadisə yerinə gələn xilasedicilər 33 yaşlı məşqçinin öldüyünü təsdiqləyib.

Xəstəxanaya yerləşdirilən yaralılardan biri ayağında yanıqdan, ikincisi isə döş qəfəsində ağrılardan şikayətlənib.

Hadisə zamanı stadionda 33 nəfər olub. Yerli prefekturadan verilən məlumata görə, onlar şok vəziyyətindədirlər, lakin özlərini yaxşı hiss edirlər.

Nəşrin qeyd edib ki, yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları və polis hazırda hadisə yerində işləyir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments