10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeUncategorizedRustavidə Gürcüstan və Azərbaycanın Müstəqillik Günləri qeyd edilib

Rustavidə Gürcüstan və Azərbaycanın Müstəqillik Günləri qeyd edilib

May ayının 25-də Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 26 May – Gürcüstanın, 28 May – Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş tədbir keçirilib.  

Gürcüstanın və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsindən sonra  Mərkəzin direktoru Raidə Dərziyeva çıxış etmiş, hər iki dövlətin əsas bayramı olan Müstəqillik gününün əhəmiyyətindən danışaraq, iki dost və qardaş xalqın azadlıq mücadiləsini xüsusi vurğulayıb.

Sonra Mərkəzdə təhsil alan şagirdlər Azərbaycan və gürcü dillərində vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirmiş, milli rəqslər ifa edib.  

Daha sonra Qardabani rayonu Qaratəhlə kənd orta məktəbinin “Şirin dil” mahnısını oxuyub.

Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, Rustavi şəhəri 18 saylı məktəbin və Qaratəhlə kənd orta məktəbinin bir çox müəllimləri və valideynlər iştirak edib.

Tədbirin sonunda Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri, şair-publisist Rafiq Hümmət,  Qaratəhlə kənd orta məktəbinin direktoru Bəhram İsayev, Rustavi şəhər 18 saylı orta məktəbin müəllimləri Savalan Osmanov, Mədinə Həsənova, Məlahət Allahverdiyeva, Beynəlxalq “Maarif” məktəbinin müəllimi  Nato Qoqiçaşvili və başqaları çıxış edərək öz ürək sözlərini söyləmiş, tədbirin baş tutmasında əməyi keçənlərə təşəkkür ediblər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments