Güclü yağış səbəbindən Gürcüstanın bəzi bölgələrini sel basıb.
Hadisə yerindən sakinlər Regionpress.ge-ə bildirir ki, hazırda Dmanisi, Yuxari Oruzmanda kəndinə güclü yağış yağır.
Kəndin inzibati ərazisinə yağan güclü leysan səbəbindən kənddaxili və kəndin ətrafındakı kiçiktutumlu çaylarda və kanallarda sel sularının yaranmasına səbəb olub.
Leysan yağışı kənddə elektrik və rabitə naqillərini sıradan çıxardıb. Nəticədə kəndin ərazisində elektrik enerjisinin və internetin verilişi dayanıb.
Əldə etdiyimiz məlumata görə, Bolnisinin bəzi kəndlərinə artıq müvafiq qurumun nümayəndələri cəlb edilib və ərazidə leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.
Aysel Ömərova


