14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeDünyaABŞ: Gürcüstanda baş verənləri böyük narahatlıqla izləyirik

ABŞ: Gürcüstanda baş verənləri böyük narahatlıqla izləyirik

ABŞ-ın vitse-prezidenti Kamala Harris Gürcüstan prezidenti Salome Zurabişviliyə göndərdiyi məktubda yazıb ki, o və prezident Co Bayden Gürcüstanda baş verənləri “böyük narahatlıqla” izləyirlər.

Regionpress.ge vitse-prezident Harrisin məktubunu təqdim edir:

“Gürcüstan parlamentinin bu yaxınlarda Gürcüstanın demokratiyasını təhdid edə və Gürcüstanın ABŞ və Avropa ilə münasibətlərinə xələl gətirə biləcək xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsi kimi hadisələr bizi kədərləndirdi”.

Vitse-prezident Harrisin sözlərinə görə, ABŞ prezidentin veto qoymasını alqışlayır: “Biz sizin bu antidemokratik təşəbbüsə veto qoymaq üçün son hərəkətlərinizi və Gürcüstanda təhlükə altında olan vətəndaş cəmiyyətini qorumaq öhdəliyinizi alqışlayırıq”.

“ABŞ 30 ildən artıqdır ki, Gürcüstanın demokratiyasını və Avro-Atlantik istəklərini dəstəkləyir. 2008-ci ildə Rusiyanın işğalından sonra ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi güclü olaraq qalır. Bizim tərəfdaşlığımız ortaq dəyərlərə, ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanır. Biz Əfqanıstanda çiyin-çiyinə vuruşmuşuq və Birləşmiş Ştatlar mühüm infrastrukturun qurulmasına, demokratik institutların gücləndirilməsinə və ordunuzun modernləşdirilməsinə kömək etmək üçün Gürcüstana ən böyük xarici yardım təminatçısıdır”, – məktubda deyilir.

Kəmalə Harris əlavə edib: “Gürcü xalqı açıq şəkildə bəyan edir ki, Avropa İttifaqı və NATO-da gələcək istəyir. Onlar hesab edirlər ki, “Xarici agentlər haqqında” qanun layihəsi həmin gələcəyi təhdid edir və buna görə də buna qəti şəkildə qarşı çıxır. Onların dinc toplaşmaq və ifadə azadlığına müdaxilə etmək üçün gücdən istifadə edilməməlidir”.

ABŞ vitse-prezidenti Gürcüstana dəstəyini vurğulayaraq prezident Zurabişviliyə müraciət edib:

“Biz sizin liderliyinizi və Gürcüstanda vətəndaş cəmiyyətini qorumaq səylərini yüksək qiymətləndiririk. Sizin səyləriniz vacib olacaq, çünki gürcü xalqı demokratiyanı və Gürcüstanın Avro-Atlantik gələcəyini qorumaq üçün sizə ümid edir. Birləşmiş Ştatlar daha yaxşı gələcəyə can atmaqda sizin və bütün gürcülərin yanındadır”.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments