“5000-dən çox avtonəqliyyat vasitəsi sahibi müəyyən olunmuş emissiya normalarına əməl etmədiyinə görə cərimələnib”.
Regionpress.ge məlumat verir ki, bunu Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqiya Nazirliyin 2023-cü il üzrə hesabatını Milli Məclisə təqdim edərkən bildirib.
Onun sözlərinə görə, ötən il avtomobillərdən katalizatorların çıxarılmasının zərərli praktikasına qarşı mübarizə məqsədilə ölkədən katalizatorların ixracına qadağa qoyulub.
Nazirin qeyd etdiyi kimi, 2023-cü il atmosfer havasının keyfiyyətinin monitorinqi şəbəkəsinin genişləndirilməsi baxımından da uğurlu olub. Mövcud monitorinq şəbəkəsinə 9 yeni stansiya əlavə edilib və bu gün havanın keyfiyyətinə nəzarət edən 18 məntəqə var. 2026-cı ilə qədər stansiyaların sayı 27-yə çatdırılacaq və Gürcüstanda Avropa standartlarına tam cavab verən hava keyfiyyətinin monitorinqi sisteminə malik olacaq.


