8.5 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəNazir: 5 mindən çox nəqliyyat vasitəsi cərimələnib

Nazir: 5 mindən çox nəqliyyat vasitəsi cərimələnib

“5000-dən çox avtonəqliyyat vasitəsi sahibi müəyyən olunmuş emissiya normalarına əməl etmədiyinə görə cərimələnib”.

Regionpress.ge məlumat verir ki, bunu Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqiya Nazirliyin 2023-cü il üzrə hesabatını Milli Məclisə təqdim edərkən bildirib.

Onun sözlərinə görə, ötən il avtomobillərdən katalizatorların çıxarılmasının zərərli praktikasına qarşı mübarizə məqsədilə ölkədən katalizatorların ixracına qadağa qoyulub.

Nazirin qeyd etdiyi kimi, 2023-cü il atmosfer havasının keyfiyyətinin monitorinqi şəbəkəsinin genişləndirilməsi baxımından da uğurlu olub. Mövcud monitorinq şəbəkəsinə 9 yeni stansiya əlavə edilib və bu gün havanın keyfiyyətinə nəzarət edən 18 məntəqə var. 2026-cı ilə qədər stansiyaların sayı 27-yə çatdırılacaq və Gürcüstanda Avropa standartlarına tam cavab verən hava keyfiyyətinin monitorinqi sisteminə malik olacaq.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments