Bidzina İvanişvili Gürcüstan futbol komandasını qələbə münasibətilə təbrik edir.
Regionpres.ge bildirir ki, bu barədə məlumatı “Gürcü arzusu A” yayıb.
Milli komandaya 30 milyon lari veriləcəyini qeyd edir.
“Eyni zamanda, Bidzina İvanişvilinin təşəbbüsü ilə 1/8 finalda İspaniyaya qalib gələrək növbəti mərhələyə adlayacağı təqdirdə Gürcüstan millisi mükafat olaraq əlavə 30 milyon lari alacaq. MSK-nın fəxri sədri “Gürcü Arzusu” bu tarixi və arzuladığı qələbəyə görə futbol komandasının hər bir oyunçusuna, məşqçilər korpusuna və gürcü azarkeşlərinə təşəkkür edir”, -deyə bildirilib.
Xatırladaq ki, Gürcüstan Avropa çempionatının qrup mərhələsində Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib və 1/8 finalda İspaniya ilə qarşılaşacaq.


