11.6 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeİdmanMilli komanda debüt Avropa çempionatında mübarizəni başa vurub

Milli komanda debüt Avropa çempionatında mübarizəni başa vurub

Gürcüstanın milli futbol komandası debüt Avropa çempionatında mübarizəni başa vurub.

İyunun 30-da Almaniyanın Köln şəhərindəki “Rhine Energy Stadium”da İspaniya ilə 1/8 final mərhələsinin oyunu rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesab 18-ci dəqiqədə ispaniyalı futbolçu Robin Le Normandın avtoqolu ilə açılıb. 39-cu dəqiqədə Rodrinin qolu hesabı bərabərləşdirib. İlk hissə heç-heçə başa çatıb.

İkinci hissədə 75-ci dəqiqədə Niko Uilyams və 83-cü dəqiqədə Dani Olmonun vurduğu qollarla fərq 3-ə yüksəlib.

İspaniya Avropa çempionatında növbəti 1/4 final oyununda Almaniya ilə qarşılaşacaq. Oyun iyulun 5-nə planlaşdırılıb.

Gürcüstan millisi müstəqillik tarixində ilk dəfə Millətlər Liqasının qalibi olmaqla Avropa çempionatına vəsiqə qazana bildi . Turnirin 1/8 finalında oynamaq Gürcüstan üçün tarixi nəticədir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments