2024-cü il yanvarın 1-dən iyunun 30-dək olan müddətdə bəzi parlament partiyaları ümumilikdə 2 milyon 839 min 895 lari ianə alıblar.
Bu barədə Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun saytında dərc olunan məlumatada qeyd olunub.
Beləliklə, 6 ayda ən çox ianə “Gürcü arzusu” 1 403 706 lari, “Lelo” 910 490 lari və “Milli Hərəkat” 464 402 lari alıb.
Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun saytında dərc edilən məlumata görə, 2024-cü ilin ilk 6 ayında iki parlament partiyası “Vətəndaşlar” və “Strategiya Ağmaşenebeli” heç bir ianə almayıb.


