11.1 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeRegionQafqaz Hüquq və İnteqrasiya Mərkəzinin iştirakçıları mükafatlandırıldı-FOTOLAR

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin iştirakçıları mükafatlandırıldı-FOTOLAR

16 iyul tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində təhsil alan iştirakçılara illik fəaliyyətlərinin dəyərələndirilməsi münasibəti ilə setifikatların təqdim edilməsi mərasimi baş tutub.
Mərasimdə “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçıları da mükafatlandırılıb.

Mərkəzin direktoru Rezo Həsənov mərkəzin üç il ərzində gördüyü işlər və həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, gənclərə icitmai sahədə aktiv iştirak etmələrini və onlar üçün yaradılan layihələrdən faydanlanmağı məsləhət edib.
Tədbirdə çıxış edən Azərbaycan dili müəllimi Fatma Əliyevaya, Dəllər İctimai Məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əlixan Yahyaoğlu, Marneuli rayonun Qaçağan ictimi məktəbinin Kimya-Biologiya müəllimi Esmira Ələkbərova, Marneuli rayonun Böyük Muğanlı ictimai məktəbinin direktoru Musa Yusifov (Yusifli) mərkəzin qısa zaman ərzindəki uğurlarına toxunaraq bu sahədəki fəaliyyətlərində çatışmazlıqlar barədə ikirlərini bölüşüb. Onlar iştirakçıları pedaqoji sahələrə həvəsləndirmək üçün öz təcrübələrini paylaşıb.
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Azərbaycan dili, gürcü dili və ingilis dili üzrə təhsil alan 100-dən çox iştirakçı müxtəlif səviyyələrdə sertifikatlarla təltif edilib. Mərkəzin 6 aylıq kurslarını uğurla bitirən şağirdlərə A1,A1+,A2,A2+ səviyyəsində sertifikat verilib.
Daha sonra isə “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçılarının mükafatlanırma mərasimi keçirilib.

Qeyd edək ki, layihə Azərbaycan dili, inşa, rəsm, əl işləri, musiqi və şeir müsabiqələri üzrə keçirilib, qaliblərə həvəsləndirici hədiyyələr, dəftərxana ləvazimatları, rəsm ləvazimatları, mobil telefonlar, qulaqlıqlar, “ağıllı” saat və qol saatları hədiyyə edilib.

Azərbaycan dili üzrə qaliblər:

1-ci yer : Məhəmmədəli Allahyarov ( Bolnisi rayonu Zol Güvəc kəndi )
2-ci yer : Gövhər Əliyeva ( Bolnisi rayonu Faxralı kəndi)
3-cü yer : Tahirə İsgəndərova (Bolnisi rayonu Arakel kəndi
4-cü yer : Güllü Aşırova (Bolnisi rayonu Faxralı kəndi )

İnşa müsabiqəsi üzrə qaliblər:

1-ci yer: Şarabanı Nənəcanova ( Bolnisi rayonu Kəpənəkçi kəndi)
2-ci yer : Nərimin əliyeva ( Marneuli rayonu Böyük Muğanlı kəndi)
3-cü yer : Rabiyə Mustafayeva ( Bolnisi rayonu Arxılı kəndi)

Rəsm müsabiqəsi üzrə qaliblər:

1-ci yer : Rəvan Nəbiyev (Dmanisi rayonu Yuxarı Orzuman kəndi)
1-ci yer: Gülanə Mahmudova ( Marneuli rayonu Qaçağan kəndi )

2-ci : Dinar İbrahimov ( Dmanisi rayonu Hamamlı kəndi )
2-ci yer : Leyla Eminova ( Dmanisi rayonu Hamamlı kəndi )

3-cü yer : Mələk Vəliyeva ( Bolnisi rayonu Ayorta kəndi )
3-cü yer : Leyla Yaqubova (Bolnisi rayonu Ayorta kəndi )

4-cü yer : Aydə Ömərova ( Bolnisi rayonu Arxılı kəndi )
5-ci yer : Lamiyə Ləzgiyeva (Marneul rayonu Böyük Muğanlı kəndi )

Şeir müsabiqəsi üzrə qaliblər:

1-ci yer : Lara İsmayılova ( Bolnisi rayonu Zol Guvəc kəndi )
2-ci yer : Nuray Mustafayeva ( Bolnisi rayonu Arxılı kəndi)
3-cü yer: Yılmaz Turabov ( Bolnisi rayonu Kəpənəkçi kəndi )

Əl işləri üzrə qalib:

1-ci yer : Günay Ayvazova ( Bolnisi rayonu Faxralı kəndi 0

Musiqi üzrə qaliblər ( Sazda ):

1- ci yer : Nuray Nəbiyeva , Tunar Nəbiyev ( Marneuli rayonu Qaçağan kəndi )
2-ci yer: Rafiz Bəkirov ( Bolnisi rayonu Kəpənəkçi kəndi )

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin kollektivi və müəllim heyəti adından tədbirmizdə iştirak edən hər kəsə minnətdarlığımızı bildirir, iştirakçılarımıza uğurlar arzu edirik!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments