Gürcüstan cüdoçusu Tato Qriqalaşvili Olimpiadanın yarımfinalındadır. Qriqalaşvili 1/4 finalda tacik Somon Mahmadbekovu əlavə vaxtda vazarla məğlub edib.
Tato Qriqalaşvili ilk mərhələdə moldovalı Mixail Latisevi məğlub edib. Moldovalı idmançı əlavə vaxtda qadağan olunmuş fənd yerinə yetirib və buna görə hakimlər onu turnirdən kənarlaşdırıblar. 1/8 finalda Tato Qriqalaşvili Avstriya adından Vahid Borçaşvilini vazarla məğlub edib.
Məlumat üçün bildirək ki, 33-cü Yay Olimpiya Oyunlarında Gürcüstandan 28 idmançı 10 idman növündə (batutla tullanma, yunan-Roma güləşi, sərbəst güləş, boks, atletika, güllə atma, qılıncoynatma, üzgüçülük, ağır atletika, cüdo) mübarizə aparacaq.


