14.2 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətBritaniya Gürcüstanla "Wardrop Dialoqu"nu dayandırıb

Britaniya Gürcüstanla “Wardrop Dialoqu”nu dayandırıb

Son 10 il ərzində ilk dəfə Britaniya tərəfi illik yüksək səviyyəli “Wardrop Dialoqu”nu (Birləşmiş Krallıq və Gürcüstan arasında hər il keçirilən yüksək səviyyəli strateji danışıqlar formatıdır – red.) nazirlər arasında dayandırmağa qərar verib. Bu, dialoq formatının yaradılmasından bəri ilk belə haldır. Həmçinin müdafiə qərargahları arasında planlaşdırılmış yüksək səviyyəli danışıqlar ləğv edilib və yeni kibertəhlükəsizlik proqramı dayandırılıb.

Regionpress.ge xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Gürcüstandakı səfiri Garett Ward “Interpressnews”a eksklüziv müsahibəsində bildirib.

Səfir ümid etdiyini bildirib ki, seçkilərdən sonra Gürcüstan hökuməti pro-qərb kursuna geri dönəcək və tərəflər arasında etibar bərpa olunacaq.

“Gözləntim o idi ki, biz Gürcüstanın dayanıqlılığını gücləndirmək və ortaq rifahımız üçün birlikdə çalışacağıq. Lakin ötən il ərzində Gürcüstan hökuməti fərqli kurs seçdi və mənim Tbilisidəki ilk aylarımda demokratiyanın geriləməsi və anti-Qərb ritorikası ilə bağlı narahatlığımızı açıq şəkildə ifadə etməyə məcbur oldum. Ümid edirəm ki, Gürcüstan hökuməti yanaşmalarını dəyişəcək və bu da mənə optimizmi geri qaytarmağa imkan verəcək.

Böyük Britaniya ilə Gürcüstanın, eləcə də digər Qərb tərəfdaşlarının münasibətləri Gürcüstan hökumətinin bu il atdığı addımlarla zədələnib. Parlament vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunu qəbul edəndə narahat olduq, baxmayaraq ki, cəmiyyətin böyük müqavimətini gördülər və bu qanunun daha gündəmə gətirilməyəcəyinə dair öhdəlik götürmüşdülər. ‘Gürcü Arzusu’ liderləri Qərb tərəfdaşlarının Gürcüstanı zəiflətməyə çalışdıqlarını iddia edərək sui-qəsd nəzəriyyələrini təbliğ etməyə başlayanda məyus olduq. Seçki proqramında müxalifət partiyalarını qadağan etmək təklifi isə bizi şok etdi.

Sadalanan səbəblərə görə, son 10 il ərzində ilk dəfə Britaniya tərəfi illik yüksək səviyyəli “Wardrop Dialoqu”nu nazirlər arasında dayandırmağa qərar verib. Bu, dialoq formatının yaradılmasından bəri ilk belə haldır. Həmçinin müdafiə qərargahları arasında planlaşdırılmış yüksək səviyyəli danışıqlar ləğv edilib və yeni kibertəhlükəsizlik proqramı dayandırılıb. Seçkilərdən sonra, kim hökumətdə olursa olsun, ümid edirik ki, Avroatlantik yola qayıdışın aydın sübutlarını görəcəyik, etimadı bərpa edəcək və sıx tərəfdaşlığa geri dönəcəyik” , – deyə diplomat qeyd edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments