“Gürcü Arzusu” partiyasının nümayəndəsi Davit Şerazadişvili seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bolnisi kəndlərinin sakinləri ilə görüşlərini davam etdirir.
Regionpress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun Bolnisi, Dmanisi, Tetritskaro və Tsalki təmsilçisi Davit Şerazadişvili Bolnisi bələdiyyəsinin Tsifori və Geta kəndlərinin sakinləri ilə görüşüb, onları seçki proqramının əsas prioritetləri ilə tanış edib.
Əhali nümayəndə heyətinə namizədə həyata keçirilən layihələrə görə təşəkkür edib, dəstək verəcəklərinə söz verib.
“Siz bizim kəndimiz üçün heç bir hökumətin etmədiyi çox işlər görmüsünüz və əlbəttə ki, bizim dəstəyimizə arxalana bilərsiniz” , – kənd sakini Niyaz Mirzəyev söyləyib
“Oktyabrın 26-da biz hamımız birlikdə qalib gələcək və dinc, sabit inkişafı davam etdirəcəyik”, – Davit Şerazadişvili yekunlaşdırıb.


