14.2 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətKremldən Gürcüstanla bağlı açıqlama

Kremldən Gürcüstanla bağlı açıqlama

Rusiya Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmır və bunu etmək niyyətində deyil.

Regionpress.ge bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Gürcüstan prezidentinin ölkəni “Rusiya hökuməti”nin idarə etməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Gürcüstan bizim qonşumuzdur. Bilirsiz ki, münasibətlərimizdəki bütün fəsadlar cəmiyyət və xalqlar arasında humanitar əlaqələrin inkişafına mane olmur. 

İnsanlar Gürcüstandan Rusiyaya, Rusiyadan Gürcüstana getməyə davam edir. Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstanın hazırkı hakimiyyətinə açıq şəkildə təzyiq göstərmək cəhdlərini görürük. Onlar seçki kampaniyasının gedişatına üstüörtülü deyil, birbaşa təsir göstərirlər. 

Bizə gəlincə, biz Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmırıq, bunu etmək niyyətində deyilik”, – deyə Kremlin sözçüsü bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments