“Seçkilərdə hər kəs iştirak etməli və ‘Gürcü Arzusu’na dəstək verməli olmasının əsas səbəblərindən biri odur ki, bölgədə və dünyada baş verən hadisələrin fonunda istənilən an Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək imkanı yarana bilər”.
Regionpress.ge məlumat verir ki, bunları “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Kutaisidə seçki kampaniyasının regional tədbirində toplaşan əhaliyə müraciətində dilə gətirib.
O, əlavə edib ki, buna görə də heç kimə imkan verilməməlidir ki, lazımi vaxtda, Gürcüstanın sülh yolu ilə birləşməsi üçün vacib olan konstitusiya dəyişikliklərinin qarşısını alsın.
“Ozünüz də yaxşı bilirsiniz ki, kollektiv ‘Milli Hərəkat’ Gürcüstan üçün faydalı olan hər bir işə qarşı çıxır, ən böyük aqressiyanı isə ərazi bütövlüyünün sülhlə, barışla və qarşılıqlı bağışlama yolu ilə bərpasına qarşı göstərirlər. Bütün bunları nəzərə alaraq, 26 oktyabrda Gürcüstan xalqı sadə bir seçim etməlidir: ya kollektiv radikal müxalifət – vətəni olmayan xəyanətkarlar, özlərini müharibənin, qarışıqlığın, zorakılığın, yalanın və xarici maraqlara itaətin simvoluna çevirənlər – ya da ‘Gürcü Arzusu’ – illərdir ölkə və xalqın maraqlarına xidmət edən, rifah, sabitlik və layiqli Avropa gələcəyinin qarantı olan milli siyasi qüvvə”, – deyə Bidzina İvanişvili qeyd edib.


