9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətİrakli Kobaxidzenin mitinqlə bağlı sərt açıqlaması

İrakli Kobaxidzenin mitinqlə bağlı sərt açıqlaması

Salome Zurabişvili Konstitusiyaya uyğun olaraq partiyasız olmalıdır. Buna görə də onun partiya tədbirində iştirakı Konstitusiyanın növbəti dəfə gözardı edilməsidir, bu isə onun xarakteristikasıdır. Lakin, xoşbəxtlikdən, onun seçkilərin nəticələrinə təsir etmək üçün heç bir resursu yoxdur.

Regionpress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze 20 oktyabrda keçirilən “Gürcüstan Avropa İttifaqını seçir” adlı mitinqdə Prezident Salome Zurabişvilinin çıxış etməsinə bu cür reaksiya verib.

Onun sözlərinə görə, müxalifət partiyaları seçkiləri 1 həftə əvvəl başa vurublar. Hökumət başçısı hesab edir ki, müxalif partiyalar 26 oktyabrda keçiriləcək seçkilərdə nəinki qalib gələcək, hətta “layiqli nəticə” belə əldə edə bilməyəcəklər.

“Siz gördünüz ki, əslində, radikal müxalifət, kollektiv ‘Milli Hərəkat’ seçkiləri 1 həftə əvvəl başa vurdu, 100 mini 6-ya, 7-yə bölün və reallığı göstərən rəqəmi alacaqsınız. Mən hər şeyi gördüm. Radikal müxalifət partiyaları indiyədək kampaniyalarını ağıllı aparırdılar, belə tədbirlər keçirmirdilər və ya sadəcə oturacaqlar qoyurdular, bu da düzgün və praqmatik qərar idi. Oturacaqlarla 2 min 500 nəfəri elə yerləşdirə bilərsən ki, sanki orada 15 min nəfər toplaşıb.

Siz hamınız Zuqdidi şəhərində gördünüz ki, biz bir regionda təxminən eyni sayda insan topladıq, nə qədər ki, radikal müxalifət öz QHT-ləri ilə birlikdə Tbilisidə toplaya bildi.

Hamınız görəcəksiniz ki, ‘Gürcü Arzusu’nun gücü və dəstəyi necədir. Radikal müxalifət bu uğursuz aksiya ilə seçkiləri 1 həftə əvvəl başa vurdu.

Dünən bütün partiyaları və QHT-ləri gizlətdilər, amma yenə də xalqı toplaya bilmədilər. Heç bir çıxış edən də olmadı, hamını gizlətdilər, amma aksiya iştirakçılarının sayını artıra bilmədilər. Bu isə onu göstərir ki, bütün müxalif partiyalar, dörd radikal müxalifət partiyası tamamilə nüfuzdan düşüb. Onların birlikdə seçkidə qalib gəlmək şansı olmadığı kimi, layiqli nəticə əldə etmək şansları da yoxdur” , – İrakli Kobaxidze vurğulayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments