9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasət"The Financial Times":Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır

“The Financial Times”:Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır

Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”, çünki həm hökumət, həm də müxalifət qələbə gözləyir.

Regionpress.ge xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” nəşri yazıb.

“Həm hökumət, həm də müxalifət alyansı qalibiyyət yolunda olduqlarını bildirirlər, bu da toqquşmaları qaçılmaz edir”, – beynəlxalq medianın xəbərində deyilir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, əgər onlar birlikdə “Gürcü Arzusu”ndan daha çox səs toplayarlarsa, “texniki hökumət” yaradacaqlar.

Məlumat üçün bildirək ki, “texniki hökumət” və ya “milli razılıq hökuməti” hüquqi terminlər deyil. Bunlar siyasi sahəyə aiddir və siyasi terminlərdir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments