Gürcüstan prezidenti Salome Zurabişvili öz siyasi seçimini edib.
Regionpress.ge xəbər verir ki, o, 67 saylı dövlət məktəbində yerləşən seçki məntəqəsində səs verib.
Salome Zurabişvilinin qeyd etdiyinə görə, o, yeni Gürcüstana səs verib.
“Mən xoşbəxt gün olan bu gün münasibətilə bütün Gürcüstanı təbrik etmək istəyirəm. Mən 22 il əvvəl bu ölkəyə gəldiyim, ata-babalarımın dua etdiyi yeni Gürcüstana səs verdim. Mən əminəm ki, bütün Gürcüstanın dua etdiyi o Gürcüstana səs verdim. Axşam hamımız qalib olacağıq. Heç kim məğlub olmayacaq, çünki Gürcüstan qalib gələcək!”, – Salome Zurabişvili deyib.


