“Qaxariya – Gürcüstan üçün” partiyasının lideri Qiorqi Qaxariya öz siyasi seçimini edib.
Regionpress.ge xəbər verir ki, o, 42 saylı dövlət məktəbində yerləşən seçki məntəqəsində səs verib.
Qaxariya seçki məntəqəsinə həyat yoldaşı Marika Fansulaya ilə gedib.
Qiorqi Qaxariya əhalini seçkilərə gedib öz mövqeyini bildirməyə çağırıb.
“Bu gün vacib bir gündür. İlk növbədə, hər bir Gürcüstan vətəndaşından xahiş etmək istərdim ki, mütləq seçki məntəqələrinə getsinlər. Bilməlisiniz ki, kimə səs verdiyinizi heç kim bilməyəcək. Ən əsası hamımız ölkənin normal vəziyyətə qayıtmasına səs verməliyik. Biz ölkənin normal, demokratik, azad, ədalətli, Avropa inkişaf yoluna qayıtması üçün hər şeyi etməliyik, çünki bu, təkcə bizim seçimimiz deyil, bu, bizim əcdadlarımızın və övladlarımızın seçimidir”, – Qaxariya bildirib.


