“Bidzina KQB-nin xüsusi əməliyyatını həyata keçirib və seçkilər tamamilə saxtalaşdırılıb”.
Bu barədə , “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Mamuka Xazarade sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Gürcüstan Rusiyaya hazırlanır, amma bu baş tutmayacaq.
“Aydın məsələdir ki, nə baş verib. Bidzina KQB-nin xüsusi əməliyyatını həyata keçirib. Seçkilər tamamilə saxtalaşdırılıb, xalqın səsi mənimsənilib və ölkə Rusiyaya hazırlanır. Bu, baş tutmayacaq! Mən bu saxtakarlıqla heç vaxt razılaşmayacam… Heç vaxt!” – Mamuka Xazaradze qeyd edib.


