Bizim çox konkret tələbimiz var – seçkilərin yenidən və Beynəlxalq Seçki Administrasiyası tərəfindən keçirilməsini tələb edirik.”
Regionpress.ge xəbər verir ki, bu barədə mitinqdə “Birlik-Milli Hərəkat”ın liderlərindən biri Giorgi Vaşadze bildirib.
“Komandamız adından qərarlarımızla bağlı konkret danışmaq istəyirəm. Həm siz, həm də biz bu seçkiləri qeyri-legitim hesab edirik, bu seçkilər legitim deyil!
Biz bu parlamentə daxil olmayacağıq, bütün mandatlardan imtina edib siyahıları bağlayacağıq!
Qələbəyə qədər mübarizə aparacağıq və sizə söz veririk, mütləq birlikdə qalib gələcəyik!
Bizim çox konkret tələbimiz var – seçkilərin yenidən keçirilməsi, lakin bu, saxta seçki administrasiyası tərəfindən deyil, beynəlxalq seçki administrasiyası tərəfindən həyata keçirilməlidir. Bu tələblər yerinə yetirilməlidir.
Bununla belə, heç bir danışıqlara girmək niyyətində deyilik. Heç bir dialoq aparmağa hazırlaşmırıq, yeganə danışıqlar və razılaşma yalnız yeni keçiriləcək seçkilərlə bağlı olmalıdır. Bu seçkiləri “Gürcü Arzusu” və DTX-nin idarə etdiyi seçki komissiyaları deyil, beynəlxalq administrasiya aparmalıdır,” – deyə Giorgi Vaşadze bildirib.


