14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeSiyasətİrakli Kobaxidze : Şəffaflıq qanunu yenidən nəzərdən keçirə bilərik

İrakli Kobaxidze : Şəffaflıq qanunu yenidən nəzərdən keçirə bilərik

Gürcüstan hökuməti birmənalı olaraq avropapərəstdir”, – Gürcüstanın baş naziri İrakli Kobaxidze bu sözləri İtaliyanın “Sky” telekanalına müsahibəsində deyib.

Baş nazir qeyd edib ki, Gürcüstan Konstitusiyası ölkənin xarici siyasətinin prioriteti kimi bütün hakimiyyət orqanlarının Gürcüstanın Avropaya inteqrasiyasına töhfə verməsini müəyyən edir.

“Bizim üçün burada seçim yoxdur, çünki Gürcüstan Konstitusiyası ölkənin xarici siyasətinin prioriteti kimi bütün hakimiyyət orqanlarının Gürcüstanın Avropaya inteqrasiyasını təşviq etmək üçün səylərini əsirgəməməsini müəyyən edir. Hökumət birmənalı olaraq avropapərəstdir.

Ərazimizin 20%-i Rusiya Federasiyasının işğalı altında olduğu üçün Rusiya Federasiyası ilə heç bir diplomatik münasibətimiz yoxdur. Bizim ünsiyyətimiz əsasən humanitar məsələlər, ticarət və iqtisadiyyatla bağlıdır.

Əgər kimsə bizi şəffaflıq qanunun və ya hər hansı digər qanunun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun gəlmədiyinə inandırarsa, biz istənilən müvafiq qərarı nəzərdən keçirməyə hazırıq, baxmayaraq ki, bunun üçün səmimi müzakirə lazımdır”, Kobaxidze deyir

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments